İsrail Kerm Əbu Salim sərhəd keçidini bağladı

Qərarın tətbiqinə 25 fevraldan başlanacaq...

1365653
İsrail Kerm Əbu Salim sərhəd keçidini bağladı

 

  İsrail Rifahın şərqində yerləşən Kərm Əbu Salim sərhəd keçidini, yanacaq və tibbi avadanlıq daşıyan nəqliyyat vasitələri istisna olmaqla, ticarət keçidlərinə bağlamaq qərarı verdi.

  Qərarın qəbul edilməsinə fevralın 24-də Qəzza zolağından təşkil edilən raket hücumu səbəb kimi  göstərilib.

  Fələstin rəhbərliyi nəzdində Qəzza Məhsul İdxalı Şurasının sədri Raid Futuh mövzu ilə bağlı açıqlama verərək deyib: “İsrailin Kərm Əbu Salim sərhəd qapısının bağlanmasına dair qəbul etdiyi qərarın tətbiqinə 25 fevraldan başlanacaq. Qərar Qəzzadakı özəl sektorda fəaliyyət göstərən şirkətlərə bildirilib”.

  Qeyd edək ki, inşaat, yanacaq, ərzaq məhsulları və digər mallar Qəzza ilə İsrail arasındakı yeganə ticarət sərhəd qapısı hesab edilən Kərm Əbu Salim sərhəd keçidindən bölgəyə çatdırılır. Qəzzadakı yeddi sərhəd qapısından altısına İsrail, birinə isə Misir nəzarət edir. İsrail hərbçilərin istifadə etdiyi Karare Sərhəd Qapısını 2005-ci ildə, digər üç qapını isə 2007-də bağlayıb.



Әlaqәli Xәbәrlәr