"Biz Fransa və Almaniya deyil, İranın iştirak edəcəyi bir format düşünürük", D.Peskov

Rusiya prezidenti Vladimir Putinin mətbuat sözçüsü Dmitri Peskov Suriya məsələsilə bağlı deyib...

1366158
"Biz Fransa və Almaniya deyil, İranın iştirak edəcəyi bir format düşünürük", D.Peskov

 

  Rusiya prezidenti Vladimir Putinin mətbuat sözçüsü Dmitri Peskov Suriya məsələsilə bağlı Rusiya, Türkiyə və İran dövlət başçılarının bir araya gələcəyi yığıncaq təşkil etməyi düşündüklərini söyləyib: “Hələlik Türkiyə prezidenti Ərdoğan və Putin arasında ikitərəfli görüş gözlənilmir. Amma çoxtərəfli formatda görüşlər olacaq. Biz Fransa və Almaniya deyil, İranın iştirak edəcəyi bir format düşünürük. Bununla bağlı liderlərin görüş təqvimi üzərində işləyirik”.

  Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel Türkiyə və Rusiya prezidentlərinin də iştirakı ilə martın 5-də İstanbulda İdliblə bağlı dördlü zirvə toplantısı keçirməyi təklif etmişdilər.



Әlaqәli Xәbәrlәr