İraqda silahlı hücumlar nəticəsində 4 nəfər ölüb

İraqın Bağdad və Diyala vilayətlərində törədilən silahlı hücum nəticəsində təhlükəsizlik qüvvələrinin də arasında olduğu 4 nəfər ölüb, 6 nəfər isə yaralanıb.

1364931

Bağdad polis bölməsi tərəfindən yayılan açıqlamaya görə, şəhərin cənub-qərbindəki Betul bölgəsində edilən hücumda biri yol polisi, şəhərin şərqindəki Nasr bölgəsində edilən silahlı hücum nəticəsində isə bir mülki geyimli polis işçisi həyatını itirib.

Paytaxtın şərqindəki Sadr bölgəsində də motosiklət sürən silahlı təcavüzkarlar Milli Təhsil Nazirliyində vəzifəli dövlət işçisini öldürüblər.

Həmçinin şəhərin cənubundakı Latifə bölgəsində baş verən partlayışda və Kerada bölgəsindəki silahlı hücumda 3 nəfər yaralanıb.

İraq Müdafiə Nazirliyinin açıqlamasına görə, Bağdadın şərqindəki Diyala vilayətində edilən silahlı hücumda bir dinc vətəndaş həyatını itirib, təhlükəsizlik məntəqəsinə edilən DEAŞ-ın terror hücumu nəticəsində isə 3 polis əməkdaşı yaralanıb.

Әlaqәli Xәbәrlәr