H.Ruhani: “ABŞ-ın sanksiyaları terrorçuluqdur”

İran Prezidenti Həsən Ruhani ABŞ-ın sanksiyalarını koronavirusa oxşadıb.

1365122
H.Ruhani: “ABŞ-ın sanksiyaları terrorçuluqdur”

 İran Prezident Aparatı yanında mətbuat xidmətindən yayılan məlumata görə, Ruhani rəsmi danışıqlar üçün paytaxt Tehranda səfərdə olan Avstriyanın xarici işlər naziri Alexander Schallenbergi qəbulu zamanı ABŞ-ın sanksiya tətbiqinə münasibət bildirib.

İran prezidenti açıqlaması zamanı: “ABŞ iqtisadi sanksiyalardan əlavə ərzaq və əczaçılıq dərmanlarına da sanksiya tətbiq edib. Bu sanksiyalarin tətbiqi terrorçuluqdur. ABŞ-ın sanksiyaları koronavirusa oxşayır. Qorxusu həqiqətindən daha çoxdur".  

Nüvə sazişinin İran, AB və digər qərblilər arasında etimadın yenidən bərpası baxımından uğun zəmin yaradacağını və rəsmi Tehranın öhdəliklərinə əməl etdiyini ifadə edən Ruhani, bölgədəki su yollarının təhlükəsizliyinin əvvəlkindən daha zəif olduğunu,Yəmən, Suriya, Əfqanıstan və İraq kimi ölkələrdə uyğun təhlükəsizlik şəraitinin olmadığını qeyd edib.

Schallenberg də  Nüvə  sazişinin  bölgədəki sülh və sabitlik üçün  əhəmiyyət  daşıdığını   vurğulayıb.



Әlaqәli Xәbәrlәr