İranda daha ​​​​​​​2 nəfər koronavirusdan dünyasını dəyişib

Bununla da  İranda virusdan ölənlərin sayı 4-ə yüksəlib.

1363956
İranda daha ​​​​​​​2 nəfər koronavirusdan dünyasını dəyişib

İranda daha 2 nəfər koronavirusdan dünyasını dəyişib.

Bununla da  İranda virusdan ölənlərin sayı 4-ə yüksəlib.

İran Səhiyyə Nazirliyi Xalqla Əlaqələr üzrə rəsmisi Kiyanuş Cihanpur sosyal şəbəkə vasitəsilə verdiyi açıqlamada koronavirusun yoluxduğu daha 2 nəfərin öldüyünü bildirib.

Eyni zamanda İranda 13 yeni yoluxma halının aşkarlandığı açıqlanıb. Bunlardan 7-si ölkənin Qum, 4-ü Tehran və 2 nəfəri isə Gilan əyalətində qeydə alınıb. Onlardan da ikisi ölüb.

Bununla da İranda 18 nəfərin koronavirusa yoluxduğu və onlardan  4-nün öldüyü təsdiqlənib. 

 


Etiketlәr: #İran , #koronavirus

Әlaqәli Xәbәrlәr