Türkiyə Qırmızı Aypara Cəmiyyətindən Pakistanlı məktəblilərə yardım

Türkiyə qırmızı Aypara Cəmiyyitənin Pakistan nümayəndəliyi bu ölkədəki 265 uşaq bağçası və ibtidai sinif şagirdinə məktəb ləvazimatları və çanta payladı.

1363242
Türkiyə Qırmızı Aypara Cəmiyyətindən Pakistanlı məktəblilərə yardım

Paytaxt İslamabadın Bari İmam bölgəsindəki maşal İbtidai məktəbində təşkil edilən yardım paylama mərasiminə, Türkiyənin İslamabad səfiri İhsan Mustafa Yurdakulun həyat yoldaşı Zlatomira Yurdakul, səfirliyin təhsil müşaviri İlhami Ayrancı, Türkiyə Qırmızı Aypara Cəmiyyətinin Pakistan üzrə nümayəndə heyətinin Başçısı İbrahim Carlos Camilo ilə xeyli sayda müəllim və şagird qatıldı.

Camilo mərasimdə etdiyi çıxışında yardım ilə maddi çətinliklər səbəbiylə təhsildən məhrum qalma təhlükəsiylə üz-üzə gələn tələbələrə az da olsa dəstək olmaq istədiklərini bildirib. Bu məqsədlə ilk mərhələdə 265 şagirdə çanta və məktəb ləvazimatları paylandığını qeyd edib.

 



Әlaqәli Xәbәrlәr