Moskvada keçirilən danışıqlar davam etməkdədir

Türkiyə xarici işlər nazirinin müavini Sedat Önalın başçılığı altındakı Türkiyə heyəti Rusiya heyətilə İdlib məsələsini müzakirə edib.

1361269
Moskvada keçirilən danışıqlar davam etməkdədir

 

  Türkiyə xarici işlər nazirinin müavini Sedat Önalın başçılığı altındakı Türkiyə heyəti Rusiya heyətilə İdlib məsələsini müzakirə edib.

  Türkiyə heyəti fevralın 17-də Rusiyanın paytaxtı Moskvada rusiyalı həmkarları ilə görüşüb. Söhbət zamanı Suriyanın İdlib bölgəsindəki son vəziyyət müzakirə edilib.

  Türkiyənin nümayəndə heyəti sahədəki gərginliyi tez bir zamanda azaltmağın və humanitar vəziyyətin daha da pisləşməsinin qarşısını almağın vacibliyini vurğulayıb.

  Görüşdə İdlibdə Soçi razılaşmasının əhatə dairəsini tam şəkildə yerinə yetirmək və pozuntuların qarşısını almaq üçün görüləcək tədbirlər müzakirə edilib. Danışıqların fevralın 18-də də davamı var.   



Әlaqәli Xәbәrlәr