İranla Almaniya arasında məhbus mübadiləsi oldu

İranın İRNA rəsmi agentliyinin məlumatına görə...

1361857
İranla Almaniya arasında məhbus mübadiləsi oldu

 

  Amerika Birləşmiş Ştatlarınının təktərəfli sanksiyalarını pozduğu üçün Almaniyada həbs edilən İran vətəndaşı Əhməd Xəlili ölkəyə dönüncə İran da 3 il həbsə məhkum etdiyi Almaniya vətəndaşının azad edib.

  İran İRNA rəsmi agentliyinin məlumatına görə, məhkəmə səlahiyyətlisi Qulam Hüseyn İsmayili paytaxt Tehranda təşkil edilən mətbuat konfransında ABŞ-ın Xəlilini qaytardığı üçün Almaniyaya mübadilə təklif etdiklərini söyləyərək deyib: "Amerikalılar Almaniyada ticari fəaliyyətdə olan bu adamı ABŞ-a qaytarmaq istədi, ancaq Xarici İşlər Nazirliyimiz və məhkəməmizin səyləri vətəndaşımızın İrana gətirilməsini təmin etdi. Qarşılığında biz də İranın qadağan olunan bölgələrini çəkdiyi üçün 3 il hökmə məhkum olan Almaniya vətəndaşının azad etdik. Belə ki, mübadilə yolu ilə bazar günü İran vətəndaşının ölkəyə gəldi, bazar ertəsi günü artıq Almaniya vətəndaşı geri döndü."



Әlaqәli Xәbәrlәr