Ayətullah Seyid Əli Xamenei parlamentə seçkilər barədə xalqa çağırış etdi
İran İslam Respublikasının Dini lideri Ayətullah Seyid Əli Xamenei ölkəsində cümə günü keçiriləcək 11-ci dövr Parlament seçkilərilə bağlı önəmli açıqlamalar verib.
İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə Ayətullah Seyid Əli Xamenei Tehranda xalqa müraciəti zamanı İranı və inqilabı istəyən hər kəsi seçkilərə qatılmağa dəvət edib. O qiyd edib ki, seçkilər ölkədə ümumi səfərbərlikdir. Ölkəni gücləndirən seçkilər İslami nizamın fəxr qaynağıdır. ABŞ-ın İran İslam Respublikasına qarşı qara piar apardığını vurğulayan Ayətullah Xamenei əsas məqsədin gəncləri İslami nizamdan qoparmaq olduğunu, ancaq bunun mümkün olmayacağını vurğulayıb.
Qeyd edək ki, İranda mühafizəkar cinaha yaxınlığı ilə bilinən Konstitusiyanı Qoruyuçular Şurasının seçkilərdə islahatçıların namizədliklərini qəbul etməməsi mübahisələrə səbəb olur. Həmçinin ölkədə iqtisadi və inzibati problemlərlə əlaqədar son dövrdə cərəyan edən hadisələr xalqla ilə rejim arasında fikir fərqliliyini daha da dərinləşdirir.