Tel Abyad bölgəsindəki bombalı hücum nəticəsində 4 mülki şəxs həyatını itirib

Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusunun (SMO) təşkil etdiyi “Sülh çeşməsi” əməliyyatı ilə terrorçulardan təmizlənən Tel Abyad bölgəsində edilən bombalı hücum nəticəsində 4 mülki şəxs həyatını itirib.

1360469

İlkin məlumatlara görə, Tel Abyad rayon mərkəzindəki işlək küçələrdən birində minalanmış maşının partladılması nəticəsində 4 mülki şəxs həyatını itirib.

Təhlükəsizlik qaynaqları terror bölgələrində partlayışların terror təşkilatı YPG/PKK tərəfindən həyata keçirildiyini bildirsə də, təşkilat mülki şəxslərə ziyan vurduğu üçün məsuliyyəti öz üzərinə götürməkdən imtina edib.

Qeyd edək ki, Türkiyənin Şanlıurfa vilayətinin Akçakale qəsəbəsilə üzbəüz olan Suriyanın Tel Abyad rayon mərkəzi 13 oktyabr 2019-cu ildə “Sülh çeşməsi” əməliyyatı ilə terrordan təmizlənib.

Digər tərəfdən Milli Müdafiə Nazirliyi Tel Abyaddakı minalanmış maşını partladan PKK/YPG-li terrorçunrun sağ yaxalandığını bildirib.

Әlaqәli Xәbәrlәr