Həsən Ruhani: “İran müharibə istəmir”

“Biz müharibəyə qarşıyıq. Düşünürəm ki, Amerikalılar müharibə istəmirlər”, bunu İran prezidenti Həsən Ruhani deyib.

1360679
Həsən Ruhani: “İran müharibə istəmir”

Həsən Ruhani paytaxt Tehranda təşkil edilən mətbuat konfransında gündəmdəki mövzulara münasibət bildirib və jurnalistlərin ünvanladıqları sualları cavablandırıb.

Fars Körfəzində ehtimal olan müharibən hamının zərər çəkəcəyini ifadə edən Həsən Ruhani : “Regionda müharibə olması halında bundan istər İran, istərsə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Qətər və Küveyt olsan, bu heç bir ölkəminin mənfəətinə olmaz. Biz bölgədə müharibə istəmirik. Elə düşünürəm ki, Amerika da bu mövzuda İran ilə həmfikirdir. Çünki Amerikalılar müharibəndən ən çox zərər çəkən ölkə olacaqlarının idrakındadılar. Cənub Trampın yeganə məqsədi seçkilərdə qələbə qazanmaqdır və bu istiqamətdə siyasət izləyir. O müharibənin seçkilərdə qələbə qazanmaq şansını azaldacağını yaxşı bilir”- deyə vurğulayıb.

İran və BƏƏ arasında gizli danışıqların olduğuna dair iddialara da toxunan Həsən Ruhani qeyd edib ki, BƏƏ ilə danışıqlarımız həm kəşfiyyat xidmətləri, həm də rəsmilər vasitəsilə davam edir. Səudiyyə Ərəbistanı isə Pakistan, İraq və Avropa İttifaqına üzv ölkələrin vasitəsiylə mesajlar göndərirlər. Riyad hazır olduqda bu ölkə ilə aramızdaki məsələlər müzakirə edilə bilər. Regionda həlli vacib məsələ Yəməndə sabitliyin bərpasıdır.



Әlaqәli Xәbәrlәr