İran ölkəni tərk edən xarici şirkətlərə xəbərdarlıq etdi

İran dövlət televiziyasına müsahibəsində Arakçi deyib...

İran ölkəni tərk edən xarici şirkətlərə xəbərdarlıq etdi

 

  İranın xarici işlər nazirinin müavini Abbas Arakçi Amerika Birləşmiş Ştatlarının tətbiq etdiyi iqtisadi sanksiyalarla əlaqədar ölkəni tərk edən xarici şirkətləri tənqid edib.

  İran dövlət televiziyasına müsahibəsində Arakçi deyib: "ABŞ-ın maksimum təzyiq siyasətini ən üst səviyyədə tətbiq etdiyi bir tarixi dönüş nöqtəsindəyik. Amerikanın siyasətinə tabe olub İran və xalqını tək buraxanları xalq heç vaxt unutmayacaq. Ölkənin prioriteti yerli şirkətlər olsa da, İranın iqtisadi gələcəyində bu çətin anlarda İranı tərk etməyən şirkətlər başda olacaq, gedənlər deyil”.

  Qeyd edək ki, Cənubi Koreyanın “LG” və “Samsung” texnologiya firmaları ötən günlər İran firmalarıyla iş birliklərini sona çatdıracaqlarını bildiriblər.



Әlaqәli Xәbәrlәr