Birlǝşmiş Millǝtlǝr Tǝşkilatı İdliblǝ bağlı bǝyanat verdi

Birləşmiş Millətlər Təşkilatı  Suriyanın İdlib şəhərində son 3 ayda 830 mindən çox insanın, son 3 gündə isə 143 min insanın evlǝrini tǝrk etmǝk mǝcburiyyǝtindǝ qaldığını açıqlayıb.

1359900

BMT baş katibinin sözçüsü Stefan Dujarrik keçirdiyi  gündəlik mətbuat konfransında İdlib, Hələb, Sarmin və Ataribdə davam edən qarşıdurmalar səbəbindǝn  yüz minlərlə insanın didərgin düşdüyünü qeyd edib.

Evlərini tərk etmək məcburiyyətində qalanların 80 faizindən çoxunun qadınlar və uşaqlar olduğunu ifadə edən Dujarrik bildirin ki, dekabr ayının əvvəlindən etibarǝn  yaşanan qarşıdurmalar səbəbindǝn  830 mindən çox mülki vətəndaş  evlǝrini tǝrk etmǝk mǝcburiyyǝtindǝ qalıb.

Stefan Dujarrik hǝmçinin qeyd edib ki,  çərşənbə axşamı günündən etibarən İdlib və Hələbdəki 72 xəstəxananın fǝaliyyǝti dayandırılıb.

BMT Təhlükəsizlik Şurasına üzv Belçika, Estoniya, Fransa, Almaniya ilǝ Şuranın keçmiş üzvü  Polşanın İdliblǝ bağlı verdiyi birgǝ açıqlamada Suriyada vətəndaş müharibəsinin başladığı gündən etibarǝn  çox sayda insanın hǝlak olduğu bildirilib.

Bǝşǝr Әsǝd rejimi vǝ onu dǝstǝklǝyǝnlǝrin Soçidǝ ǝldǝ olunan razılaşmaya baxmayaraq İdlibǝ endirdiyi zǝrbǝlǝr nǝticǝsindǝ 1800-dǝn çox mülki vǝtǝndaş hǝlak olub.

Әlaqәli Xәbәrlәr