İraqda qadınların hökumət əleyhinə keçirdikləri nümayiş

İraqın paytaxtı Bağdadda yüzlərlə qadın hökumət əleyhinə nümayiş keçirib.

İraqda qadınların hökumət əleyhinə keçirdikləri nümayiş

İraqın paytaxtı Bağdadda yüzlərlə qadın hökumət əleyhinə nümayiş keçirib.

Bağdadın mərkəzindəki Təhrir meydanında bir araya gələn qadınlar ölkənin gələcəyində söz sahibi olmaq istəklərini dilə gətiriblər.

“Nə Müktəda nə Hadi, ölkəm azad qalacaq” tərzində şüarlar səsləndirərək Sədr Hərəkatının lideri Müktəda əs-Sədr və şiə Bədir briqadaları lideri Hadi əl-Amiriyə etirazlarını dilə gətirən iraqlı qadınlar ölkədə artıq xroniki hala çevrilən sui-istifadə probleminə diqqət çəkiblər.

Tələbələrin də dəstək verdiyi Təhrir meydanındakı nümayişdə “canımız və qanımız İraqa fəda olsun”, “bu gün (gözyaşardıcı qaz) sabah azadlığı dadarıq” və “Hüseynə ağlayan milyonlar hardadır” tərzində şüarlar səsləndirilib.



Әlaqәli Xәbәrlәr