İranda qar uçqunu, 7 nəfər ölüb

İranın Gilan əyalətinin Rəşt və Rudbar şəhərlərində qar uçqunu nəticəsində 7 nəfər həyatını itirdi

1357965
İranda qar uçqunu, 7 nəfər ölüb
iran kar.jpg
çığ.jpg

İranın Təcili Tibbi Yardım Təşkilatının sözçüsü Müctəba Xalidi təbii fəlakətə dair məlumat yayıb.

Xalidinin sözlərinə görə, ölənlərdən 5-i Rudbar, 2-si Rəşt şəhərində qar uçqunu altında qalaraq həyatını itirib.

Güclü qar və boran nəticəsində Gilan əyalətində yollar bağlanıb. Çox sayda insan yollarda qalıb. İran yol polisi əhaliyə müraciət edərək Gilan əyalətinə səfər etməməyə çağırıb. Yolda qalan sərnişinlər isti sığınacaq və yeməklə təmin olunub. Həmin ərazilərə yardım məqsədilə digər əyalətlərdən xilasedicilər cəlb olunub.

Qeyd edək ki, Qəzvin - Rəşt maqistral yolu bağlanıb. Güclü qar bəzi bölgələrdə işıqların sönməsinə səbəb olub. 78 nəfər yolların buz bağlaması nəticəsində yıxılaraq müxtəlif dərəcəli xəsarət alıb.

 



Әlaqәli Xәbәrlәr