Suriyada rejim qüvvələrinin hücumunda 13 adam həyatını itirdi

Bəşər Əsəd rejimi və Rusiyanın “İdlib Gərginliyin azaldılması” bölgəsinə hava hücumları davam edir. Əsəd rejiminin bölgənin hədəfə götürüldüyü hücumlarda dinç əhalidən 13 nəfər həyatını itirdi.

1357480
Suriyada rejim qüvvələrinin hücumunda 13 adam həyatını itirdi

Bölgədən əldə edilən məlumata görə Əsəd rejiminə məxsus qırıcılar İdlibdəki mülki yaşayış məntəqələrinə hava zərbələrini artırdı. Rusiya təyyarələri isə Hələbin kəndlərinə bomba yağdırır. Rejim təyyarələrinin hücumlarında 12 adam İdlib şəhər mərkəzində bir nəfər də Kefer Teal kəndində həyatını itirib. Rus təyyarələri də bu gün səhərdən etibarən Hələbin “İdlib Gərginliyin azaldılması” bölgəsində yerləşən Etarib və Daret İzzə rayonları ilə Urim əl-Kubra, Kefer Hamra və Cinə kəndlərini bombalayır. Rus qırıcılarının aivazərbələri nəticəsində ölən və ya yaralanan olub olmadığına dair məlumat yoxdur.



Әlaqәli Xәbәrlәr