Peskov: “ABŞ-ın sanksiyaları beynəlxalq hüquqa ziddir”

Amerika Birləşmiş Ştatlarının (ABŞ) tətbiq etdiyi sanksiyalar beynəlxalq hüquqa ziddir. Bunu Kremlin sözçüsü Dmitriy Peskov deyib.

1356585
Peskov: “ABŞ-ın sanksiyaları beynəlxalq hüquqa ziddir”

Peskov paytaxt Moskvada təşkil etdiyi mətbuat konfransında ABŞ-ın tətbiq etdiyi sanksiyalara münasibət bildirib.

ABŞ-ın ticarət maraqlarına uyğun olaraq üçüncü ölkələrə sanksiya tətbiq etdiyinə diqqət çəkən Peskov deyib: “ABŞ-nın sanksiya tətbiqinə  dair izlədiyi siyasət beynəlxalq hüquqa ziddir. Bir çox ölkə bundan əziyyət çəkir. Bu  ölkənin sanksiya siyasətinə qarşı olduğumuzu hər fürsətdə səsləndiririk. Rusiya beynəlxalq qanunlar ilə üst-üstə gəlməyən  bu  addımlara lazımlı cavabı verəcək.

Xatırladaq ki, Bloomberq-in açıqlamadığı mənbələrə istinad etdiyi xəbərində ABŞ-ın Rusiyanın ən böyük neft şirkəti Rosneft-ə Venesueladakı fəaliyyətləri səbəbindən sanksiya tətbiq edəcəyi bildirilmişdi.

 



Әlaqәli Xәbәrlәr