Misirdə polis məntəqəsinə hücum təşkil edildi

Misirin şimal-şərqində yerləşən Şimali Sina şəhərində bir polis məntəqəsinə təşkil edilən silahlı hücumdan sonra qarşıdurma baş verib. Bu barədə Misir ordusu məlumat yayıb.

1356154
Misirdə polis məntəqəsinə hücum təşkil edildi

Misir Ordusunun sözçüsü polkovnik Tamir er-Rifai sosial media hesabından verdiyi açıqlamasında bir qrup silahlı şəxin Sina şəhərində polis məntəqəsinə hücumu nəticəsində baş verən qarşıdurmalarda əsgər və zabitlərin öldüyünü, 10 silahlı terroristin zərərsizləşdirildiyini bildirib.

Qeyd edək ki, Ölkənin şimal-şərq əyalətində yerləşən Refah və Ariş tez-tez silahlı qrupların hücumlarına səhnə olur. 2013-cü ilin sentyabr ayından bəri Misir ordusu və hüquq-mühafizə orqanı, təhlükəsizlik qüvvələrini hədəfə götürən silahlı terror qruplaşmalara qarşı intensiv əməliyyatlar həyata keçirir.

 

 



Әlaqәli Xәbәrlәr