İranın dini lideri məhkumların bir qisminə əfv etdi

İranın dini lideri Əli Hamaneyin təsdiqiylə 2315 məhkumun bir qisminə əfv, bir qisiminin isə həbs müddətinin azaldılması ilə bağlı qərar çıxıb.

1356753
İranın dini lideri məhkumların bir qisminə əfv etdi

  İranın dini lideri Əli Hamaneyin təsdiqiylə 2315 məhkumun bir qisminə əfv, bir qisiminin isə həbs müddətinin azaldılması ilə bağlı qərar çıxıb.

  Ali Məhkəmənin sədri İbrahim Rəisinin təklifi və Hamaneyin təsdiqiylə 2315 məhkumun cəzalarında tənzimləmə olunub.

  Qərar İran İnqilabının ildönümüylə əlaqədar İnqilab Məhkəmələri, Dövlət Cəza Təşkilatları və Silahlı Qüvvələr Tribunalından cəza alan məhkumları əhatə edir.

  Qeyd edək ki, İran Konstitusiyasının 110-cu maddəsinin 11-ci bölümünə əsasən, ölkənin dini liderinin məhkumları əfv səlahiyyəti var. Ümumiyyətlə, Hamaneyi İran Ali Məhkəməsinin tələbilə hər il inqilabın ildönümü, bir sıra bayram və dini günlərdə məhkumları əfv qərarı çıxarır.



Әlaqәli Xәbәrlәr