İranda saxta spirtli içəcəklərdən 12 nəfər zəhərlənib, 2-si ölüb

İranın Sistan-Bəlucistan bölgəsində yerləşən Çabahar şəhərində 2 nəfər saxta spirtli içkilərdən ölüb.

1356494
İranda saxta spirtli içəcəklərdən 12 nəfər zəhərlənib, 2-si ölüb

İranın rəsmi xəbər agentliyi İRNA-nın Çabahar Səhiyyə Müdiri Mahmud Hüseynbərə istinad etdiyi xəbərinə görə iki sutka ərzində saxta spirtdən zəhərlənən 12 nəfər Çabahar İmam Əli Xəstəxanasında yerləşdirilib. Onlardan ikisi tibbi müdaxiləyə baxmayaraq həyatını itirib. Müalicəsi davam edən 10 nəfərin vəziyyəti ağırdır.

Qeyd edək ki, Müsəlman əhali üçün spirtli içkilərin satılması və istehlakının qadağan olunduğu İranda evlərdə saxta içəcəklər istehsal edilir.

İran qanunlarına görə, spirtli içki istehsal edən, satan və ya satan alan  hər kəs həbs cəzasına məhkum edilir.



Әlaqәli Xәbәrlәr