Rusiya Haseke yaxınındakı hərbi qüvvəlirinin bir hissəsini çıxardı

Rusiya Suriyanın Haseke şəhərinin PKK terror təşkilatının işğalı altındakı Tel -Temir yaşayış məntəqəsindəki hərbi qüvvəlirinin bir hissəsini bölgədən çıxardı.

1355326
Rusiya Haseke yaxınındakı hərbi qüvvəlirinin bir hissəsini çıxardı

Məlumata görə Rusiya 2019-cu ilin dekabr ayında bölgədə qurduğu müşahidə mərkəzindən 30 qədər zirehli texnikanı çıxarıb.

Qeyd edək ki, YPG / PKK-nın işğal etdiyi ərazidəki Amerika Birləşmiş Ştatları (ABŞ) əsgərləri 25 yanvarda Tel- təmirdəki bazadan ayrılaraq M-4 yoluna çıxmaq istəyən Rus hərbi texnikalarının keçidinə mane olmuşdu.

Xatırladaq ki, Rusiya Suriyanın şimalında və Fərat çayının şərqində YPG / PKK işğalı altındakı bölgələrdə hərbi qüvvə yerləşdirib. Sülh bulağı Əməliyyatı başladıqdan sonra ABŞ-nın çıxdığı bölgədəki bəzi bazalarda Rusiya hərbçi yerləşdirdi.

Əsəd rejiminin nəzarəti altındakı bölgələrdə yerləşən Rusiya qüvvələri Münbiç, Aynularab, Raqqa və Haseke bölgələrində YPG/PKK-nın işğalı altındakı bölgələrdə ən az 10 bazada və hərbi nöqtələrdə mövcudluğunu davam etdirir.



Әlaqәli Xәbәrlәr