Liviyada sülh danışıqlarının tarixi açıqlandı

Birləşmiş Millətlər Təşkilatının (BMT) Liviya üzrə xüsusi nümayəndəsi Qassan Salame Liviya ilə atəşkəs mövzusunda siyasi danışıqlara 26 fevralda İsveçrənin Cenevrə şəhərində start veriləcəyini bildirib.

1354938
Liviyada sülh danışıqlarının tarixi açıqlandı

Salame BMT-nin Cenevrə Ofisində təşkil etdiyi mətbuat konfransında 5 üzvü Milli Həmrəylik Hökuməti, 5-nin də Xəlifə Hafterin başçılığındakı Liviya Milli Ordusu tərəfindən təyin olunan 10 üzvlü Hərbi Komitənin fəaliyyətlərinə dair məlumat verib.

Qassan Salame : “tərəflər bir neçə nöqtədə razılıq əldə ediblər. Ancaq iki və ya üç mövzuda fikir fərqliliyi hələ də davam edir. Hərbi danışıqlar Cenevrədə başlayıb. Lakin Liviyanın iqtisadiyyatına dair iclas 9 Fevralda Misirin paytaxtı Qahirədə, atəşkəsin bərpasına ilə bağlı siyasi danışıqlar isə 26 Fevralda Cenevrədə başlayacaq”-deyə vurğulayıb.



Әlaqәli Xәbәrlәr