İraqda etirazçılara sәrt müdaxilә edilib, ölәnlәr var

İraqın Nәcәf şәhәrindә Müktәda әs-Sadra sadiq olan qruplaşmalarla etirazçılar arasında qarşıdurma olub.

1354179
İraqda etirazçılara sәrt müdaxilә edilib, ölәnlәr var

 

 

İraqın Nәcәf şәhәrindә Müktәda әs-Sadra sadiq olan qruplaşmalarla etirazçılar arasında qarşıdurma olub.

Mәlumata görә, hadisә nәticәsindә altı nәfәr hәlak olub.

Şahidlәrin mәlumatına әsasәn,  Müktәda әs-Sadra sadiq olan qruplaşma etiraz aksiyaların keçirildiyi Sadreyn meydanına daxil olmağa cәhd göstәrib. Hadisә nәticәsindә 40-dan çox etirazçının da xәsarәt aldığı bildirilir.

Hadisә zamanı etirazçıların meydandaki çadırları yandırılıb.

Digәr tәrәfdәn Babil şәhәrindә dә Müktәda әs-Sadra sadiq olan qruplaşmanın keçirilәn aksiyalara müdaxilәsi nәticәsindә bir nәfәr hәlak olub.



Әlaqәli Xәbәrlәr