"Trampın “Əsrin razılaşması” adlandırdığı plan axmaq addımdır", Ə. Xamenei

İranın ali dini lideri Əli Xamenei ABŞ prezidenti Donald Trampın açıqladığı və “Əsrin sövdələşməsi” adlandırdığı planı axmaq addım kimi xarakterizə edib.

1353884

İran dövlət televiziyasının məlumatına görə, İran inqilabının 41-ci ildönümü münasibətilə paytaxt Tehranda təşkil olunan tədbirdəki çıxışında Xamenei ABŞ-ın qondarma sülh planını belə qiymətləndirib.

Xamenei bir neçə istiqamətdən uğursuz hesab etdiyi “Əsrin sövdələşməsi”ni sonuncu olmayan axmaq və pis niyyətli plan adlandırıb. Həmçinin bildirib ki, bu plan Trampın özündən əvvəl öləcək. ABŞ-ın fələstinlilərin adından qərar qəbul etməsinin yolverilməzliyini vurğulayan Xamanei “Amerikalılar və sionistlər özlərinə aidiyyəti olmayan mövzuda razılığa gəliblər. Fələstin fələstinlilərindir. Siz kimsiniz ki, Fələstin barədə qərar qəbul edirsiniz” deyə əlavə edib.

Fevralın 21-də İranda keçiriləcək seçkilərə də münasibət bildirən ali dini lider, xalqı ölkənin təhlükəsizliyi üçün seçkiyə çağırıb. O, “Bəziləri məni bəyənməyə bilər. Amma İranı sevirlərsə, ölkənin təhlükəsizliyi və problemlərin həllinə töhfə vermək üçün seçkidə iştirak etməlidirlər” deyə bildirib.

Әlaqәli Xәbәrlәr