Suriyada Əsəd rejimi qüvvələri daha 7 yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi

Suriyada Bəşər Əsəd rejimi ünsürləri və İranın dəstəklədiyi xarici terrorçu qruplardan ibarət rejim qüvvələri Rusiyanın hava dəstəyilə İdlibdə gərginliyi azaltma bölgəsində 7 yaşayış məntəqəsini də ələ keçirib.

1353930

Rejim qüvvələri ilə hərbi müxalifət və rejim əleyhinə silahlı qruplar arasında İdlibin Serakib qəsəbəsi və Hələbin İdlibdə gərginliyi azaltma bölgəsindəki cənub çölündə şiddətli toqquşmalar davam edir.

Rejim qüvvələri gecə saatlarında Serakibin şərq bölgəsi çölündəki Şeyx İdris, Reyyan, Bicğas, Kefer Amim və Tel Rumman kəndlərini ələ keçirib.

Beləliklə cənubdan irəliləyən rejim qüvvələri İdlib vilayət mərkəzinin 8 km yaxınlığına çatıb.

Hazırda rejim qüvvələri vilayət mərkəzinin cənub-şərqindəki Kumeynas və Sermin bölgələrinə nəzarəti ələ keçirmək üçün havadan və qurudan hücumlar edir.

Digər tərəfdən Hələbin cənub ərazilərindəki toqquşmalarda rejim qüvvələri Humeyra və Cizraya kəndlərini də ələ keçirib.

Noyabr 2019-cü ildə İdlibdə hərbi müxalifət və rejim əleyhinə silahlı qrupların nəzarətindəki yaşayış məntəqələrinə hücum başladan rejim qüvvələri Rusiyanın havadan dəstəyi sayəsində irəliləyərək xeyli sayda yaşayış məntəqəsinə nəzarəti ələ keçirmişdi.

Әlaqәli Xәbәrlәr