Mahmud Abbas Cosep Borrell ilə danışdı

Fələstin dövlət başçısı Mahmud Abbas iki dövlətli həll yolu, beynəlxalq qətnamələr və Ərəb Sülh Planına sadiq qalacaqlarını vurğuyalıb.

1353454
Mahmud Abbas Cosep Borrell ilə danışdı

 

  Fələstin xəbər agentliyi VAFA-nın məlumatına görə, Fələstin prezidenti Abbas Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik üzrə xüsusi nümayəndəsi Cosep Borrell ilə telefonda danışıb.

Mahmud Abbas danışıq zamanı Avropa İttifaqının ədalətli və daimi sülhün bərqərar olması ilə bağlı mövqeyini yüksək qiymətləndirib. İki dövlətli həll yolu, beynəlxalq qərarlar və ərəb sülh planı çərçivəsində addım atmaqda davam edəcəklərini bildirib.

Borrell də Avropa İttifaqının iki dövlətli həll yolu və sülh üçün davam edən səylərə dəstək verdiklərini qeyd edib.

Xatırladaq ki, Borrell dünən verdiyi açıqlamasında Avropa İttifaqının transatlantik tərəfdaşlığı və İsrail-Fələstin problemini sülh yolu ilə həll etmək üçün atılan addımları dəstəklədiyinə diqqət çəkib və ABŞ-nın 28 Yanvarda açıqladığı sülh planının beynəlxalq səviyyədə razılaşdırılmış meyarlara uyğun gəlmədiyini vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr