İsrail qüvvələri daha 12 Fələstinlini nəzarətə götürdülər

İsrail əsgərləri işğal altında olan İordan Çayının Qərb Sahilində dünə gecə daha 12 fələstinlini nəzarətə götürdülər.

1353098
İsrail qüvvələri daha 12 Fələstinlini nəzarətə götürdülər

 

Fələstinli Məhbuslar Cəmiyyətindən hadisə ilə bağlı məlumat yayılıb. Bildirilib ki, İsrail əsgərləri 12 Fələstinli terror aktlarında iştirak etməkdə ittiham edilərək saxlayıblar. Tutulan Fələstinlilər bölgədəki nəzarət mərkəzinə cəlb olunublar.

Açıqlamada vurğulanıb ki, İşğal altındakı İordan Çayının Qərb Sahilində və Şərqi Qüdsdə evlərə tez-tez basqın edən İsrail qüvvələri müxtəlif iddialar irəli sürərək fələstinliləri həbs etməkdə davam edirlər.

 



Әlaqәli Xәbәrlәr