İranlı komandir Əsgər Paşapur Suriyada öldürüldü

İran İnqilab Mühafizəçiləri Korpusunun komandirlərindən Əsgər Paşapur Suriyada qarşıdurmalar zamanı öldürüldü.

1352704
İranlı komandir Əsgər Paşapur Suriyada öldürüldü

İran dövlət televiziyası “iribnewsun xəbərinə görə Paşapur dünən Hələbdə suriyalı müxaliflərlə toqquşma nəticəsində öldürülüb.

Paşapur ötən ay ABŞ-ın hücumu nəticəsində İraqda həyatını itirən iranlı general Qasim Süleymanının ən yaxın  həmkarlarından biri idi.

İran mediasının İnqilab Mühafizəçiləri Ordusuna yaxın mənbələrə istinad etdiyi məlumalara görə bu günə qədər Suriyadakı qarşıdurmalarda İran qüvvələrinə mənsub təxminən 2400 nəfər öldürülüb.

Xatırladaq ki, 3 yanvar 2020-ci ildə ABŞ iranlı general Qasim Süleymanı və Haşdi Şabi təşkilatı rəhbərinin müavini Əbu Mehdi əl-Mühəndisi Bağdad hava limanı yaxınında öldürdü.



Әlaqәli Xәbәrlәr