İraqda keçirilən nümayişlər zamanı həyatını itirənlərin sayı 556-ya çıxıb

İraqda oktyabr ayından bəridir davam edən nümayişlərdə həyatını itirənlərin sayı 556-ya çıxıb.

1351802
İraqda keçirilən nümayişlər zamanı həyatını itirənlərin sayı 556-ya çıxıb

İraqda oktyabr ayından bəridir davam edən nümayişlərdə həyatını itirənlərin sayı 556-ya çıxıb.

İraq Müstəqil Ali İnsan Hüquqları Komissarlığı üzvü Əli Beyatlının media ofisinin mətbuata məqdim etdiyi hesabata görə, hökumət əleyhinə nümayişlərdə ölənlərin sayı 556 olub.

Beynəlxalq Əfv Təşkilatının hesabatlarında və prezident Berham Salehin əvvəlki açıqlamalarında etirazlar zamanı  tətbiq edilən zorakılıq halları nəticəsində öldürülənlərin sayının 600-dən çox olduğu bildirilmişdi.

Oktyabrın 1-də ölkədəki sosial həyatdakı çatışmazlıqlar və ölkənin daxili işlərinə istiqamətli xarici müdaxilələr kimi müxtəlif səbəblərə görə başladılan nümayişlər dekabrın 1-də Adil Əbdülmehdi hökumətini istefa verməyə məcbur etmişdi.



Әlaqәli Xәbәrlәr