Fəsəlstin İsrail ilə imzaladığı sazişləri ləğv etdi

Fələstin rəhbərliyi İsrail ilə imzalanan Oslo Sazişlərinə xitam verdiklərini açıqladı.

1350819
Fəsəlstin İsrail ilə imzaladığı sazişləri ləğv etdi

Fəth Hərəkatının Mərkəzi Komitəsi və Fələstin Mülki İşlər Üzrə Naziri Hüseyni Eş-Şeyx Əlcəzirə telekanalına müsahibəsində Amerika Birləşmiş Ştatlarının qondarma sülh planına münasibət bildirib. O: “Fələstin rəhbərliyi birincisi 1993-cü ildə imzalanan Oslo Sazişini ləğv etdi. Birtərəfli qondarma sülh planı açıqlandıqdan sonra İsraillə imzalanan müqavilələrə əməl etməyəcəyimizi bildirdik. Ərəb ölkələrinin ABŞ-ın planına dair münasibətləri Misirin paytaxtı Qahirədə keçiriləcək Ərəb Birliyi toplantısında müşahidə olunacaq. Bizim istəyimiz Ərəb və İslam ölkələrinin Fələstinin plana dair fikirlərinə dəstək verməsidir. Fəth hərəkatı və Fələstin Azadlıq Təşkilatından bir heyət yaxında Qəzza Zolağına gedərək Həmas və İslami Cihad hərəkatları ilə görüş keçirəcək”-deyə vurğlayıb.

Qeyd edək ki, 1 Fevralda Ərəb Birliyi qondarma sülh planını müzakirə etmək üçün nazirlər seviyyəsində fövqəladə yığıncaq keçirəcək.

 



Әlaqәli Xәbәrlәr