YPQ/PKK Afrinә hücum etdi

Mәlumata görә, hücum nәticәsindә dörd mülki vәtәndaş yaralanıb.

1350243
YPQ/PKK Afrinә hücum etdi

 

Suriyanın Tel Rıfat qәsәbәsini işğal edәn terror tәşkilatı YPQ/PKK ‘‘Zeytun budağı’’ әmәliyyatı nәticәsindә terrorçulardan tәmizlәnәn Afrin qәsәbәsinә hücum edib. Mәlumata görә, hücum nәticәsindә dörd mülki vәtәndaş yaralanıb.

YPQ/PKK terrorçuları Türkiyә ilә Rusiya arasında 2019-cu ilin 22 oktyabr tarixindә әldә olunan razılaşma çәrçivәsindә Tel Rıfat qәsәbәsindә çıxmalı idi. Terror tәşkilatı iki ölkә arasında әldә olunan razılaşmaya baxmayaraq Afrin qәsәbәsinә hücum edib.

‘‘Zeytun budağı’’ әmәliyyatı nәticәsindә Afrindәn çıxarılan terror tәşkilatı YPQ/PKK qәsәbәnin cәnub-şәrqindә yerlәşәn Tel Rıfat qәsәbәsini işğal edib.

Terror tәşkilatı Afrin vә Azezdә Suriya Milli Ordusunun nәzarәtindәki yaşayış mәntәqәlәrini tez-tez hәdәf alır.

Terrorçular son olaraq Azez qәsәbәsini hәdәf almışdı. Hücum nәticәsindә 10 mülki vәtәndaş yaralanmışdı.



Әlaqәli Xәbәrlәr