İranda baş verən zəlzələ nəticəsində 33 nəfər yaralanıb

İranın Fars əyalətinin Xanə Zənyan bölgəsində yanvarın 27-də qeydə alınan 5,4 bal gücündəki zəlzələ nəticəsində 33 nəfərin yaralandığı bildirilib.

1348811

“Fars” xəbər agentliyinə məlumat verən Fars əyaləti Təcili Hallar Mərkəzinin sədri Məhəmməd Cavad Muradiyan mərkəz ocağı Şiraza bağlı Xanə Zənyan qəsəbəsində dünən baş verən zəlzələ nəticəsində 33 nəfərin xəsarət aldığını bildirib.

Muradiyan yaralılardan 2-nin xəstəxanada digərlərinin isə ayaqda müalicə olunduqlarını qeyd edib.

İran Böhran İdarəsinin səlahiyyətlisi Əli Bəxtiyari isə Şiraza bağlı 37 kənddəki binalara ziyan dəydiyini bildirib.

Bəxtiyari ən çox ziyanın isə Kəmərabad Armendi kəndində olduğunu vurğulayıb.

Әlaqәli Xәbәrlәr