İdlibdə ev-eşiyindən edilən dinc vətəndaşlar

Suriyada Əsəd rejimi qüvvələri və Rusiyanın İdlibə hücumları səbəbindən noyabr 2019-cu ildən bəridir ev-eşiyindən edilənlərin sayı 541-ə çatıb.

1348881
İdlibdə ev-eşiyindən edilən dinc vətəndaşlar

Suriyada Əsəd rejimi qüvvələri və Rusiyanın İdlibə hücumları səbəbindən noyabr 2019-cu ildən bəridir ev-eşiyindən edilənlərin sayı 541-ə çatıb.

Bölgədə köçlə bağlı fəaliyyətlər göstərən Suriya Müdaxilə Koordinatorluğu müdiri Məhəmməd Hallajın verdiyi məlumata görə, hücumların artması səbəbilə İdlibin Eriha, Serakib və Cebel Zaviyə bölgələrindən köç artmaqda davam edir.

Əsəd rejimi ordusu ilə İranın dəstəklədiyi terrorçu qruplardan ibarət rejim qüvvələri və Rusiyanın hücumları nəticəsində son sutkada daha 39 min 377 dinc vətəndaş ev-eşiyindən edilib.

Ev-eşiyindən edilənlərin böyük hissəsi Türkiyə sərhədi xəttindəki düşərgələr bölgəsinə gəldikdə, bir hissəsi isə Türkiyənin terrorçulardan təmizlədiyi “Fərat qalxanı” və “Zeytun budağı” hərəkatı bölgəsinə sığınır.  

İdlibin cənubu və cənub-şərqi ilə Hələbin qərbi və cənub ərazilərindəki yaşayış məntəqələrindən noyabr 2019-cu il tarixindən bəridir 541 min dinc vətəndaş ev-eşiyindən edilib.

Digər tərəfdən Hələbin qərb və cənub ərazilərindəki Daret İzze, Etarib, Hıreytan, Hayyan, Anadan və Ayncara kimi bölgələrdən də köç davam edir. 

Hücumlardan qaçaraq evsiz qalan və yaşamaq üçün əsas avadanlıqları təmin etməkdə çətinlik çəkən minlərlə ailə yardım gözləyir.



Әlaqәli Xәbәrlәr