"Avropa ABŞ-ın icazəsi olmadan bir addım belə ata bilmir", M.C.Zərif

Bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Almaniyanın “Der Şpiqel” jurnalına verdiyi müsahibədə deyib.

1347384
"Avropa ABŞ-ın icazəsi olmadan bir addım belə ata bilmir", M.C.Zərif

 

  “Rəsmi Tehran ABŞ ilə dialoqu istisna etmir. Danışıqlar masasını İran yox, ABŞ tərk edib”. Bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Almaniyanın “Der Şpiqel” jurnalına verdiyi müsahibədə deyib.

  M.C.Zərif bildirib: “İran üçün Ağ Evdə kimin oturacağı vacib deyil. Vacib olan odur ki, sanksiyalar aradan qaldırılsın və danışıqlar prosesi bərpa olunsun”.

  İranın xarici işlər naziri Almaniya, Fransa və Böyük Britaniyanı tənqid atəşinə tutaraq deyib:

  “Bu dövlətlər ABŞ-ın icazəsi olmadan bir addım belə ata bilmirlər. Avropa dövlətləri prezident Donald Trampın yeni sanksiyalarına qoşulmayacaqlarını bəyan etdilər və İran ilə ticarət əlaqələrini davam etdirmək üçün xüsusi ödəmə mexanizmi yaratdılar. Lakin bu günə kimi həmin mexanizmdən istifadə etmədi və İranala maliyyə əməliyyatı aparmadılar. Buna ABŞ icazə vermir. Avropa öz maraqlarını və qürurunu ABŞ-a qurban verir.

  Amma ABŞ-ın hədələrinə baxmayaraq, sanksiyalar qaldırılmayana qədər İran nüvə proqramını davam etdirəcək. Yalnız sanksiyalar aradan qaldırılsa, İran nüvə proqramını dayandıra bilər.

  İranın “Nüvə silahının yayılmaması” haqqında sazişdən çıxması rəsmi Tehranın nüvə silahı yaratmaq istəyilə bağlı deyil”.



Әlaqәli Xәbәrlәr