Bağdadda ABŞ-nın əleyhinə aksiya keçirildi

Ölkədə hökumət və Xarici qüvvələrin varlığına etiraz məqsədiylə aylardır davam edən sanksiyalar səngimək bilmir

1346617
Bağdadda ABŞ-nın əleyhinə aksiya keçirildi

İraqın paytaxtı Bağdadda Sədr Hərəkatının lideri Mukteda əs-Sədrin çağırışı ilə Amerika Birləşmiş Ştatları (ABŞ) qüvvələrinin ölkədən çıxarılması üçün nümayiş keçirildi.

Bağdadın mərkəz Cadiriye bölgəsində təşkil edilən nümayişə minlərlə aksiyaçı iştirak etdi.

Sədr tərəfdarlarının kəfən geyindikləri nümayişdə, silahlı qruplaşma olan Haşdi Şabi tərəfdaşları da qatıldılar. ABŞ əleyhinə şuarlar səsləndirən aksiyaçılar bu ölkədən İraqdakı əsgərlərini çıxarmasını tələb edirlər.

Bildirilir ki, Bağdaddakı nümayiş səbəbiylə təhlükəsizlik tədbirləri gücləndirildi. Cadiriye bölgəsinə uzanan yollar get-gələ bağlandı.

 

 

 



Әlaqәli Xәbәrlәr