Rəsmi Tehran və Kiyev razılıq əldə etdilər

Ukrayna prezidenti V.Zelenski bildirib ki, üzərinə düşən öhdəliyi yerinə yetirir.

1344360
Rəsmi Tehran və Kiyev razılıq əldə etdilər

 

  İranın Yollar və Şəhərsalma naziri Məhəmməd İslami prezident Həsən Ruhaninin rəsmi nümayəndəsi kimi Kiyevə səfər edərək Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb.

  Söhbət zamanı Tehranda yanlışlıqla raketlə vurulan təyyarə ilə bağlı məsələ müzakirə olunub. Tərəflər təyyarənin bütün qalıqlarının Ukraynaya qaytarılması və İrandan mütəxəssislərin Kiyevə gələrək “qara qutu”nun tədqiqində iştirak etmələri barəsində razılıq əldə ediblər.

  Görüşdə həlak olanların ailələrinə təzminat verilməsi məsələsi də müzakirə olunub.

  Ukrayna prezidenti V.Zelenski bildirib ki, üzərinə düşən öhdəliyi yerinə yetirir.



Әlaqәli Xәbәrlәr