Qərbli turistlər niyə İrana səyahətlərini ləğv etdilər?
İran Otel Birliyinin rəhbəri Cəfər Həmzəzadə ölkənin rəsmi xəbər agentliyi İRNA-ya müsahibəsində sözügedən mövzu ilə bağlı bildirib...

İrana getməyi planlaşdıran Qərb turistlərinin böyük hissəsi Ukrayna Hava Yollarına aid sərnişin təyyarəsinin vurulmasından sonra rezervasiyalarını ləğv ediblər.
İran Otel Birliyinin rəhbəri Cəfər Həmzəzadə ölkənin rəsmi xəbər agentliyi İRNA-ya müsahibəsində sözügedən mövzu ilə bağlı bildirib:
"Qarşıdakı iki ay üçün Amerika Birləşmiş Ştatalrı və Avropa ölkələrindən otellərimizə edilən rezervasiyaların 80 faizi ləğv edilib. İnanırıq ki, vəziyyət keçicidir. Bu müddəti sovuşdurmaq üçün dövlət xüsusi sektora dəstək olmalıdır.
Hal-hazırda bu ölkələrdən edilən rezervasiya ləğvlərinin yerini Çin və Hindistandan gələcək turistlərlə doldurmağı planlaşdırırıq”.
Qeyd edək ki, Ukrayna Hava Yollarına aid sərnişin təyyarəsinin paytaxt Tehranda İran hava müdafiə sistemi tərəfindən səhvən vurulması açıqlamasından sonra bir sıra ölkə vətəndaşlarını İrana səyahətlə bağlı xəbərdarlıq edib və turizm firmaları da fəaliyyətlərini təxirə salmağa çağırıb.