Putin baş nazir namizədini açıqladı

Rusiya prezidenti Vladimir Putin ölkənin baş naziri postuna Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinin namizədliyini irəli sürüb.

1341661
Putin baş nazir namizədini açıqladı

 

  Kremlin Mətbuat Xidmətindən yayılan məlumata görə, Putin Mişustinlə keçirdiyi görüş zamanı ona hökumət rəhbəri vəzifəsini tutmağı təklif edib.

  Məlumatda bildirilir ki, Mixail Mişustinin razılığı alındıqdan sonra Vladimir Putin onun baş nazir vəzifəsinə namizədliyini Dövlət Dumasına təqdim edib.

  Duma 1966-cı il təvəllüdlü Federal Vergi Xidmətinin rəhbəri M.Mişustinin namizədliyi məsələsinə yanvarın 16-da baxacaq. 

  Qeyd edək ki, 15 yanvarda Rusiya prezidenti V.Putin baş nazir Dmitri Medvedyevin rəhbərliyindəki hökumətin istefa təklifini təsdiq edib.



Әlaqәli Xәbәrlәr