"Bu üç Avropa ölkəsinin yalan danışdığı və sözlərindən qaçdığını 19-cu əsrdə də görmüşük", M.C.Zərif

“Twitter” hesabından etdiyi şərhdə M.C.Zərif belə açıqlama verib...

1341703
"Bu üç Avropa ölkəsinin yalan danışdığı və sözlərindən qaçdığını 19-cu əsrdə də görmüşük", M.C.Zərif

 

  İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif nüvə müqaviləsinin yenidən müzakirə edilməsinin tərəfdarı olmadıqlarını bildirdi.

  “Twitter” hesabından etdiyi şərhdə M.C.Zərif belə açıqlama verib:

  “İran hökuməti nüvə müqaviləsilə bağlı Amerika Birləşmiş Ştatlarının əvvəlki prezidenti Barak Obama ilə etmədiyini indi Donald Trampla da etməyəcək. Çünki Trampla anlaşsaq belə, bu dəfə ondan sonra ola biləcək bugünkü prezidentliyə namizədlər Co Bayden (Joe Biden), Yelizaveta Uaren (Elizabeth Warren) və ya Berni Sanderslə (Bernie Sanders) yeni bir müqaviləyə ehtiyac duyulmayacağının zəmanəti yoxdur.

  İran nüvə müqaviləsinin yenidən müzakirə edilməsinə xeyr deyir.

  İngiltərə, Fransa və Almaniyanın İxtilaf Həll Mexanizmini qüvvəyə mindirmək qərarını qınayırıq. Bu üç Avropa ölkəsi nüvə müqaviləsinə uyduqlarını iddia edirlər. Amma onlar İrandan neft idxalatını sıfıra endirdilər, ölkəmizlə bankçılıq fəaliyyətlərinə sanksiya tətbiq etdilər, “swift” əməliyyatlarını kəsdilər, müqavilənin çalışması üçün heç bir şey etmədilər.

  Avropa şirkətləri İrandan çıxıb. Sanksiyalarla bağlı azad qida və dərmanları belə sata bilmirik.

  İngiltərə, Fransa və Almaniyanın başqa ölkələri təzyiq altında saxladıqları, yalan danışdıqları və sözlərindən qaçdıqlarını 19-cu əsrdə də görmüş və yaşamışıq.

  Nüvə müqaviləsinin içini boşaldan İran deyil, Avropadır.

  ABŞ-ın çıxışlarını kənara buraxın, vəədlərinizin bir dənəsi belə olsa, yerinə yetirin".



Әlaqәli Xәbәrlәr