Rusiya: “Avropa ölkələrinin İranın nüvə razılaşmasına dair qərarı qəbuledilməzdir”

İngiltərə, Almaniya və Fransanın “Mübahisələrin Həlli Mexanizmi”nin işə salınması qərarı İranın nüvə razılaşmasına ziddir və qəbul edilməzdir. Bu Rusiya Xarici İşlər Nazirliyindən yayılan açıqlamada bildirilib.

1341013
Rusiya: “Avropa ölkələrinin İranın nüvə razılaşmasına dair qərarı qəbuledilməzdir”

Rusiya Ria xəbər agentliyinin Xarici İşlər Nazirliyi mənbələrinə istinad etdiyi xəbərdə bildirilib ki, adı çəkilən üç ölkənin İranın nüvə razılaşması ilə əlaqəli Mübahisələrin Həlli Mexanizmindən istifadə edilməsini nəzərdə tutan qərarını təhlil edən Rusiya bunun Hərtərəfli Birgə Fəaliyyət Planının məqsəd və mənasına zidd olduğu qərarına gəlib və qəbul edilməz olduğunu bildirib.

Xatırladaq ki, İngiltərə, Almaniya və Fransa İranın nüvə sazişinə dair öhdəliklərini yerinə yetirmədiyi səbəbindən “Mübahisələrin həlli mexanizm”inin həyata keçirilməsini nəzərdə tutan qərar qəbul etdi.

Mübahisələrin həlli mexanizmiylə aidiyyəti nazirlərə problemin həlli üçün iki həftə möhlət verilir. Ancaq bu möhlət tərəflərin razılığı ilə uzadıla bilər.

 



Әlaqәli Xәbәrlәr