İraqda DEAŞ-ın hücumu nəticəsində 2 əsgər həyatını itirib
İraqın Səlahəddin vilayətində terror təşkilatı DEAŞ-ın etdiyi hücumlarda 2 əsgər həyatını itirib.
1341006

İraqın Səlahəddin vilayətində terror təşkilatı DEAŞ-ın etdiyi hücumlarda 2 əsgər həyatını itirib.
İraq Müdafiə Nazirliyi tərkibindəki Təhlükəsizlik Media Şəbəkəsinin bəyanatında Səlahəddin vilayətinin Duceyl qəsəbəsindəki Şeyx İbrahim bölgəsindəki təhlükəsizlik məntəqəsinə DEAŞ-ın hücum etdiyi bildirilib.
Bəyanatda hücum nəticəsində 2 əsgərin həyatını itirdiyi, 5 əsgərin isə yaralandığı qeyd edilib.
Hücumun necə olduğuna dair məlumat verilməyib.
Әlaqәli Xәbәrlәr

İraqda bir neft quyusuna hücum edilib
Terror tәşkilatı DEAŞ İraqın Kәrkük şәhәrindәki neft quyularından birinә hücum tәşkil edib.