İngiltərənin İrandakı səfiri ölkəni tərk etdi

Ukrayna təyyarəsində həyatını itirənlər üçün Tehranda keçirilən anım tədbirində iştirak etdiyi səbəbindən qısa müddət üçün saxlanılması ilə gündəmə gələn İngiltərənin Tehran səfiri Robert Makeir İranı tərk edib.

1341349
İngiltərənin İrandakı səfiri ölkəni tərk etdi

“Tasnim” xəbər agentliyinin məlumatına görə, Ukrayna təyyarəsində həyatını itirənlər üçün Tehranda keçirilən anım tədbirində iştirak etdiyi səbəbindən qısa müddət üçün saxlanılması ilə gündəmə gələn İngiltərənin Tehran səfiri Robert Makeir İranı tərk edib.

Xəbərdə ingilis səfirin “beynəlxalq hüquq əsasında ölkədən  ayrıldığı” ifadələri yer alıb.

İranın səhvən düşürdüyünü açıqladığı Ukrayna təyyarəsində həyatını itirənlər üçün keçirilən anım tədbirində iştirak edən ingilis səfir Makeir 11 yanvarda “bəzi radikal və tərhikamiz hərəkətlərə rəhbərlik etdiyi” iddiası ilə saxlanılmış, bir müddət sonra sərbəst buraxılmışdı.  

İngiltərənin xarici işlər naziri Dominik Raab Makeirin saxlanılmasının beynəlxalq hüququn radikal şəkildə pozuntusu” olduğunu bildirmişdi.

İran isə ingilis səfirin Tehrandakı “qeyri-qanuni nümayişlərdə” iştirakını səbəb kimi göstərərək, rəsmi Londona etiraz notası vermişdi.

İran Ali Məhkəmə Şurasının sözçüsü Qulam Hüseyn İsmayılı yanvarın 14-də keçirdiyi mətbuat konfransında prezident Həsən Ruhani hökumətindən Makeirin ölkədən çıxarılmasını tələb etmişdi.



Әlaqәli Xәbәrlәr