Ukraynaya məxsus təyyarənin vurulmasında məsuliyyət daşıyanlar həbs olunub

İranda Ukrayna təyyarəsinin vurulması ilə əlaqəli başladılan istintaq çərçivəsində bəzi şəxslər həbs edildi.

1340422
Ukraynaya məxsus təyyarənin vurulmasında məsuliyyət daşıyanlar həbs olunub

İran məhkəmə hakimiyyətinin nümayəndəsi Qulam hüseyn İsmaili mövzu ilə bağlı məlumat yayıb.

İsmaili: “ İranda qəzaya uğrayan təyyarənin qara qutuları Fransaya göndərildi. Qəzası ilə bağlı həbs olunan hərbçilir var. Lakin sayları, həmçinin, hadisə ilə bağlı digər təfərrüatlar konkret olaraq bəlli deyil”.

Xatırladaq ki, MAU aviaşirkətinə məxsus “Boeing 737-800” təyyarəsi yanvarın 8-də Tehran haval limanından uçuşdan az sonra yanıb və yerə çırpılıb. Faciə nəticəsində ümumilikdə 176 nəfər həyatını itirib.

Təyyarənin vurulmasında məsuliyyəti İran İslam İnqilabı Keşikçiləri Korpusu üzərinə götürüb.

 

 



Әlaqәli Xәbәrlәr