Pakistanda qeyri-sabit hava şəraiti həyatı iflic etdi, 75 nəfər öldü

Pakistanda güclü qar yağışı həyatı iflic etdi. Sutka ərzində həyatını itirənlərin sayı 75 nəfərə çatdı.

1340634
Pakistanda qeyri-sabit hava şəraiti həyatı iflic etdi, 75 nəfər öldü

Fəlakətlərin İdarə Edilməsi üzrə Milli Agentliyin məlumatına görə Pakistanın nəzarətində olan Azad Kəşmirdə güclü qar yağışının səbəb olduğu uçqunlar, torpaq sürüşmələri və evlərin damının uçması nəticəsində 55 nəfər həyatını itirib. Onlardan 19-u Kəşmirin Neelum vadisindəki Saranqan kəndini təsiri altına alan uçqun fəlakəti nəticəsindi ölüb. Qarın altında qalan 4 nəfər yaralı xilas olarkən itkin düşən 10 nəfəri axtarış və xilasetmə fəfaliyyətləri davam edir.

Bəluçistan fövqəladə hallar idarəsinin rəhbəri İmran Zarkon da güclü qar yağışı səbəbiylə bazar günündən bəri vilayətdə bir çox yolun get-gələ bağlı olduğunu bildirib.

Qar səbəbindən bağlanan bəzi yollarda qapalı qalan 500 nəfər əsgərlər tərəfindən xilas edilib. Bəzi ərazilərdə isə xilasetmə işlərinə vertolyotlar da iştirak edir.

Bildirilir ki, ölkənin ən əhəmiyyətli turizm mərkəzlərindən Gilgit-Baltistan son 50 ildə ilk dəfə bu qədər güclü qar yağışına səhnə oldu.

 



Әlaqәli Xәbәrlәr