Qətər Əmiri İranın dini liderinin qəbulunda oldu

Bölgədə düşmənin cinayətkar fəaliyyətlərini dayandırmanın yeganə yolu region ölkələr arasındakı əməkdaşlığı gücləndirməklə mümkün olabilər. Bunu İranın dini lideri Ayətullah Xamenei deyib.

1339484
Qətər Əmiri İranın dini liderinin qəbulunda oldu

Xamenei İrana sürpiriz ziyarət reallaşdıran Qətər əmiri Tamim İbn Hamad əl-Tanini qəbulu zamanı bildirib ki, BMT və onun müttəfiqlərinin hümanitar normlar ilə üst-üstə gəlməyən və beynəlxalq hüquqlara zidd fəailiyyəti regionda yaranmış vəziyyətin əsas səbəbidir. Region ölkələr arasında əməkdaşlıq gücləndirilərək bu cinayətkar fəaliyyətlərin qarşısını almaq mümkündür. İslam Respublikası dəfələrlə bəyan edib ki, İran region ölkələr ilə daha sıx əməkdaşlığa hazırdır.

Dini lider vurğulayıb ki dünyanın müxtəlif ölkələrindən bu regiona gəlmiş bəzi qüvvələr ölkələr arasında əməkdaşlığın genişləndirilməsində maraqlı deyillər. Lakin, bölgə xalqları və ölkələri artıq onların daxili işlərinə bu cür aşağılayıcı müdaxilələri qəbul etmirlər.

 Qətər əmiri də öz növbəsində regionda yaranmış vəziyyətin ağırlığına işarə edərək dini liderin regional əməkdaşlığı inkişaf etdirməyin zərurəti barədə fikirləri ilə razı olduğunu qeyd edib. Qətər əmiri xüsusilə Səudiyyə rejiminin Qətərə qarşı sanksiyalar tətbiq etdiyi bir vaxtda İranın göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

 

 

 



Әlaqәli Xәbәrlәr