Ukrayna rəsmi üzr və təzminat tələb etdi

Ukrayna prezidenti Vladimir Zelensky İranın Ukrayna Hava Yollarına məxsus bir sərnişin təyyarəsinin qəzaya uğraması hadisəsini "günahını tam etiraf etməyə" çağırıb.

1338863

Zelensky sosial media hesabından Ukrayna təyyarəsinin hava hücumundan müdafiə sistemi tərəfindən  təsadüfən vurulmasına dair İranın verdiyi açıqlamalara reaksiya göstərib.

Zelensky İrandan rəsmi üzr istəmələrini gözlədiklərini söyləyib.

“Ukrayna cinayətin tam qəbul edilməsini tələb edir. İranın günahkarları məsuliyyətə cəlb edəcəyini, cəsədləri geri qaytaracağını, təzminat ödəməsini və rəsmi olaraq üzr istəməsini gözləyirik" deyə Zelensky bildirib.

Zelensky istintaqın təxirə salınmadan və maneəsiz, tam və açıq bir şəkildə davam etməli olduğunu vurğulayıb

Qeyd edək ki, İran Ukrayna təyyarəsini səhvən “düşmən hədəf”i bildikləri üçün vurduqlarını açıqlayıb.

Әlaqәli Xәbәrlәr