İran qəzaya uğrayan təyyarənin raketlə vurulduğuna dair iddiaları təkzib etdi

İran hökumət sözçüsü Əli Rəbii Ukrayna hava yollarına məxsus sərnişin təyyarəsinin raketlə vurulma iddialarının ABŞ tərəfindən ortaya atıldığını bildirib.

1338301
İran qəzaya uğrayan təyyarənin raketlə vurulduğuna dair iddiaları təkzib etdi

Əli Rəbii İran Mülki Aviasiya təşkilatı və Beynəlxalq Mülki Aviasiya təşkilatının (ICAO) qərarlarına görə qəza araşdırma komissiyası yaradıldığını və hadisənin şəffaf, diqqətli və sürətli şəkildə araşdırıldığını deyib. Əlaqədar ölkələrin mütəxəssislərinin iştirakıyla qəzanın bütün tərəflərinin araşdırıldığını ifadə edən Rəbii qeyd edib ki, təyyarənin aid olduğu ölkə Ukraynadır, istehsalçı firma "Boeing", mühərrik istehsalçısı Fransa və qəzada vətəndaşları ölən ölkələr də təhqiqata daxil ola biləcək. Rəbii ABŞ-dan gələn açıqlamalarla əlaqədar olaraq isə "ABŞ tamamilə vərdiş etdiyimiz kimi, əməliyyatının bir parçası olaraq Pentaqondan adını vermək istəmədiyi bir rəsminin təyyarəyə 2 raket dəyməsi barədə dediyi sözü mətbuata yayıb. Bu iddianın gələcəkdə həqiqətdən uzaq və yalan olduğu ortaya çıxacaq. ABŞ hökumətinin və bilərək ya da bilməyərək onunla birlikdə hərəkət edənlərin icra etdiyi bu yalan kampaniya qəzada həlak olanların ailələrinin yarasına duz basmaqdadır", - deyib.



Әlaqәli Xәbәrlәr