ABŞ Suriyada İranın dəstəklədiyi qrupları vurdu

Suriyanın şərqindəki Deyrizor şəhərində Bəşər Əsəd rejiminə dəstək verən İran İnqilab Keşikçiləri Korpusunun komandanlığındakı terrorçu qruplara məxsus bəzi hədəflər vurulub.

1338594
ABŞ Suriyada İranın dəstəklədiyi qrupları vurdu

ABŞ başçılığındakı DEAŞ əleyhinə qüvvələr dekabrın 9-da gecə radələrində Suriyanın şərqindəki Deyrizor şəhərində Bəşər Əsəd rejiminə dəstək verən İran İnqilab Keşikçiləri Korpusunun komandanlığındakı terrorçu qruplara məxsus bəzi hədəfləri vurub.

Elbukemal qəsəbəsində “Yaşıl zona” olaraq qəbul edilən yerdə Hizbullah təşkilatına məxsus 4 tank məhv edildikdə, bəzi silahlı ünsürlər zərərsizləşdirilib.

Koalisiya qüvvələri İranın dəstəklədiyi qruplar üzərindəki kəşfiyyat uçuşlarını da artırıb.

Qeyd edək ki, Suriyada tərəflər arasındakı gərginlik ABŞ-ın Bağdadda İranlı komandan Qasım Süleymanini öldürməsindən (3 yanvar) sonra dərinləşmişdi.

Suriyadakı vətəndaş müharibəsində rejimin qurudakı qoşunlarına çevrilən İranın dəstəklədiyi xarici terror qrupları ən fəal şəkildə İraq sərhədindəki Deyrizorda gücünü göstərir.



Әlaqәli Xәbәrlәr