İrandan daha bir qəza xəbəri: çox sayda ölən var
İranın Mazandaran əyalətində sərnişin avtobusu aşıb.
1337673

İran dövlət telekanalının məlumatına görə, hadisə nəticəsində 20 nəfər ölüb, 23 nəfər yaralanıb. Bildirilib ki qəzadan yaralı xilas olanlar xəstəxanalarda yerləşdirilib.
Hadisənin səbəbləri məlum deyil.
Qeyd edək ki, dünən İranın paytaxtı Tehran yaxınlığında Ukraynaya uçan təyyarənin qəzaya uğraması nəticəsində 177 nəfər həyatını itirdi.