Süleymaninin cənazəsi, nəhayət, torpağa verildi

İran dövlət televiziyasının xəbərinə görə...

1336548
Süleymaninin cənazəsi, nəhayət, torpağa verildi

 

  İran İnqilab Mühafizəçiləri Qüds Qüvvələri komandiri Qasım Süleymaninin cənazəsi Kirman şəhərində torpağa verildi.

  İran dövlət televiziyasının xəbərinə görə, yanvarın 7-də yaşanan izdihamla bağlı iki dəfə təxirə salınan dəfn mərasimi, nəhayət, həyata keçirildi.

  Qeyd edək ki, Qasım Süleymani ABŞ-ın İraqdakı Ayn əl-Əsəd Hava Bazasına edilən hücum zamanı vurulub, İran onun intiqamını yerdə qoymacağını bildirib.

  Bu arada, İranın mərmi hücumlarının zamanı diqqət çəkir. Belə ki, hücumlar üçün İran İnqilab Mühafizəçiləri komandiri, general Qasım Süleymaninin İraqın paytaxtı Bağdadda 3 yanvarda öldürüldüyü 01.20 saatı seçilib.



Әlaqәli Xәbәrlәr